Bu gün saat 22:15 Portuqaliya çempionatında "Portu" və "Benfika" üz-üzə gələcək. Bu oyundan nə gözləmək olar? Cavab bizim proqnozumuzdadır.

PORTU

Keçən il "Portu" Çempionlar Liqasında pley-offa yüksəlmişdi. Bu il qrup mərhələsində komanda "Bayer Leverkuzen" ilə iki uğurlu görüş keçirdi və ikinci pilləyə yüksəldi. Daxili çempionatda "Əjdahalar"ın 7 qələbəsi və 1 heç-heçəsi var ki, bu da klubu ikinci yerə yüksəltdi, "Benfika"dan 3 xal geri qalırlar.

Son matçda səfərdə "ağ-göylər" "Portimonense"nin müqavimətini qıra bildi - 2:0! Dizində zədəsi olan Pepe bu gün meydana çıxa bilməyəcək.

BENFİKA

Çempionlar Liqasının cari mövsümündə qrup mərhələsinin ilk 4 turundan sonra "Benfika"nın 2 qələbəsi və 1 heç-heçəsi var ki, bu da komandanın PSJ ilə oyunlarında uğurlu nəticəsindən sonra 2-ci yerdə qərarlaşdırıb. Rocer Şmidtin yetirmələri Portuqaliya çempionatında 8 qələbə və 1 heç-heçə əldə ediblər ki, bu da 25 xala və turnir cədvəlində 1-ci yerə uyğun gəlir.

"Benfika" cəmi 5 qol buraxıb və komandanın müdafiəsinin etibarlılığını qeyd etməmək mümkün deyil. "Guimaraes" ilə gözlənilməz heç-heçədən (0:0) sonra "qartallar" "Rio Ave"yə heç bir şans buraxmadı - 4:2. Bu gün Neres, Morato və dizindən zədə alan Lukas Verissimo oynaya bilməyəcək.

SON 5 OYUNUN NƏTİCƏSİ

Son 5 oyunda "Benfika" əzəli rəqibi üzərində qələbə qazana bilməyib. Belə ki, keçirilən oyunlardan 2-si bərabərliklə yekunlaşıb, 3 derbini isə "Portu" qazanıb.

PROQNOZ

Bu matçda biz meydan sahiblərinin qələbəsinə inanırıq. Onlar üçün bu oyun mövsümün həlledici matçı kimi dəyərləndirilir. Məğlubiyyət "əjdahalar"ı çempionatın sonunda qızıl medal şanslarından məhrum edə bilər. Çox güman ki, tribunaların dəstəyi və əzmkar oyun nəticəsində "Portu" qələbəni qopara biləcək.

Həm Etopaz, həm də Misli.az "Porto"nun qələbəsini 2.35 əmsalla dəyərləndirir.

"Bol qollu bir matç gözləyirik" desək, heç kim təəccüblənməz. Derbi hücumların bolluğu və qol şanslarının çoxluğu ilə diqqət çəkəcək. Bundan başqa, heyətdə kifayət qədər fərdi ustalığı sayəsində qol epizodları yarada bilən futbolçular var.

Beləliklə, ikinci proqnozumuz – 2.5 ÜST. Misli.az bu proqnozu 1.90, Etopaz isə 1.86 əmsalla qiymətləndirir.

BUKMEKERLƏR NƏ DEYİR?

Hər iki hissədə qol – 1.83

Demək olar ki, bütün oyunlarda hər taymda qollar vurulub.

4-dən çox sarı kart – 1.86

Son 3 oyundan 2-də bu proqnoz özünü doğruldub.

Dəqiq hesab: 2:1 – 14.25