Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar qapalı rejimdə keçiriləcək, bu gün oradan hansısa xəbərlər gözləmək lazım deyil.
İndex.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Düşünmürəm ki, bu gün hansısa xəbərlər gözləməyə dəyər, çünki bildiyiniz kimi, işin sabah da davam etdirilməsi planlaşdırılır", - o qeyd edib.
