Yanvarda Azərbaycanda qaz ixracı ötən ilin eyni dövrünə nisbətən 12 % artıb.
İndex.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, Avropaya 1 milyard kubmetr qaz tədarük edilib.
O bildirib ki, bu müddətdə Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub.
P.Şahbazov vurğulayıb ki, ötən ay Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 0,5 miyard kubmetr qazla təchiz edib.
