İndiyədək Trans-Adriatik Boru Kəməri vasitəsilə (TAP) Avropaya 54,3 milyard kubmetr qaz nəql olunub.

İndex.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında bildirib.

Nazir vurğulayıb ki, İtaliya ilə Cənub Qaz Dəhlizi üzrə əməkdaşlıq Avropanın, o cümlədən bu ölkənkn enerji təhlükəsizliyinə töhfə verir "İndiyədək TAP Avropanı 54,3 milyard, İtaliyanı isə 45,4 milyard kubmetr qazla təmin edib".

Nazir qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında regional "yaşıl enerji" dəhlizi təşəbbüsləri Azərbaycan-İtaliya əlaqələri üçün də yeni perspektivlər açır: "İtaliyanın "CESI" şirkəti Xəzər-Qara dəniz-Avropa və Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşımızdır".