Bu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 24 milyard 949,1 milyon manat olub.
Bu barədə İndex.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,9 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 % artaraq 14 milyard 219,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,4 % artaraq 10 milyard 729,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,7 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 49,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42,7 milyard manatlıq, o cümlədən 23,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 5,7 % artıb.
