FED sədri Jerom Pouel "Nümayəndələr Palatası"nın Respublikaçıları ilə FDIC məhdudiyyətlərini müzakirə edib.

İndex.az xəbər verir ki, FED sədri Jerom Pouel bildirib ki, Konqres FDIC-nin depozitlər üzrə federal əhatə dairəsinin ölçüsünü yenidən nəzərdən keçirməlidir

ABŞ nümayəndəsi Kevin Hern isə, FED sədri Jerom Pouelin Respublikaçı qanunvericilər ilə birlikdə Konqresin sığortalanmış bank depozitlərinin ölçüsünə dair məhdudiyyətləri yenidən nəzərdən keçirməli olduğunu söyləyib:

"Biz FDIC-nin əmanət sığortası limitləri haqqında danışdıq və Pauel bu məsələni həqiqətən nəzərdən keçirməyin Konqresə aid olduğunu söylədi".

FDIC hazırda hər əmanətçini 250.000 dollara qədər sığortalayır, lakin "Silicon Valley Bank" və "Signature Bank"ın bu ay dağılması sığorta limitlərinin qaldırılıb-qaldırılmaması ilə bağlı suallar doğurub.

Bununla yanaşı Hern, Respublikaçılara tədarük zənciri inflyasiyasının xeyli yüngülləşdiyinə inandığına dair Paueldən sitat gətirdi.

Qeyd edək ki, Respublikaçılar və Demokratlar Vaşinqtonun 31,4 trilyon dollarlıq borc tavanını artırmaq və oktyabrın 1-də başlayacaq maliyyə ilinə görə büdcə hazırlamaq üçün mübarizə aparırlar.

Bank sənayesinin sağlamlığı da son vaxtlar qanunvericilərin və tənzimləyicilərin zehinlərinə çox təzyiq göstərir.