ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pouel bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Pauelin sözlərinə görə, inflyasiyanın zəiflədiyindən əmin olasa da, 2%-ə qədər enəcəyini düşünmür.

Faiz endirimi qərarının nə zaman olacağı ilə bağlı sualı cavablandıran Pauel, bütün məlumatları nəzərə aldıqlarını, faiz enditimi qərarının konkret olaraq nə zaman veriləcəyinin dəqiq bilinmədiyini qeyd edib:

"İnflyasiyanın aşağıya doğru getdiyinə əminsinizmi? Mənim buna müəyyən qədər inamım var. Məsələ ondadır ki, biz bunun davamlı olaraq 2%-ə endiyinə kifayət qədər əminikmi? Mən hələ bunu deməyə hazır deyiləm".