Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qaregin) Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan kimi getməli olacaq.
İndex.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"Deyirlər ki, Ktriç Nersisyan getmək niyyətində deyil. Biz elə etməyi planlaşdırırıq ki, o, öz niyyətini dəyişsin. Heç kimin getmək niyyəti olmur. Serj Sarkisyanın da belə bir (2018-ci ilin yazında - red.) niyyəti yox idi, lakin o, getmək məcburiyyətində qaldı. Eyni məsələ Ktriç Nersisyana da aiddir", - o qeyd edib.
