"Paşa Bank" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 258.750 milyon manat azalaraq 8 milyard 234.064 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 8 milyard 519.814 milyon manat təşkil edib.
Bankın kredit portfelinin həcmi 2 milyard 720.769 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 2 milyard 728.064 milyon manat kredit verildiyini nəzərə alsaq, 7.295 milyon manatlıq azalmanın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 86.297 milyon manat, biznes kreditlərinin payı 2 milyard 500.237 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 134.235 milyon manat təşkil edib.
Beləliklə, bankın kredit portfelinin 91%-dən çoxunu biznes kreditləri təşkil edir.
3-cü rübün sonuna "Paşa Bank"ın depozit portfeli 6 milyard 593.023 milyon manat olub. İlin əvvəlində bu göstərici 7 milyard 4.319 milyon manat idi.
Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 156.230 milyon manat artaraq 1 milyard 725.534 milyon manat olub.
Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 5 milyard 435.615 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 568.126 milyon manat azalaraq 4 milyard 867.489 milyon manata enib.
Hesabatdan görünür ki, "Paşa Bank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 567.483 milyon manatdan 554.370 milyon manata enib (13.113 milyon manat azalma).
Bankın nizamnamə kapitalı dəyişməyib - 730.767 milyon manat.
Hesabat dövründə "Paşa Bank"ın faiz gəlirləri 323.888 milyon manat, faiz xərcləri isə 44.023 milyon manat təşkil edib.
"Paşa Bank" mümkün zərərlər üçün 15.899 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.
Bankın dövr üzrə xalis mənfəəti 147.269 milyon manat olub.
"Paşa Bank"ın məcmu kapitalı isə 712.004 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.
Xatırladaq ki, "Paşa Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56,8195%-i "PASHA Holding" MMC-ə, 28,1796%-i BLESS MMC-ə, 9,9944%-i Arif Paşayevə, 5,0066%-i Mir Camal Paşayevə məxsusdur.
