"Panasonic Holdings" batareya istehsal artırmağı planlaşdırdığını açıqladı.

İndex.az xəbər verir ki, "Panasonic Holdings"in baş direktoru Yuki Kusumi verdiyi açıqlamada bildirib ki, elektrikli avtomobillərə daha çox tələbatın olduğundan, 2031-ci ilin mart ayına qədər illik akkumulyator istehsal gücünü dörd dəfə artırmağı hədəfləyirlər.

"Tesla"ya akkumulyator tədarük edən şirkətin silindrik akkumulyatorlara diqqət yetirəcəyini ifadə edən Kusumi, ABŞ-da “İnflyasiyanın Azaldılması Qanunu”nun verdiyi subsidiyalardan yararlanacağını və Şimali Amerika bazarına üz tutacağını bildirib.

"Panasonic" istehsalı sürətləndirmək üçün noyabr ayında ABŞ-ın Kanzas ştatında 4 milyard dollarlıq yeni akkumulyator fabrikinin təməlini qoyub.