Pakistan Rusiyadan ilk dəfə mayeləşdirilmiş qaz alışını həyata keçirib.
İndex.az xəbər verir ki, Pakistan Rusiyadan tədarük etdiyi maye qazın həcmi 100 min ton olub.
Rusiyanın İslamabaddakı səfirliyindən verilən açıqlamada 100 min tonluq ilk maye qaz yükünün İran üzərindən Pakistana göndərildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, növbəti göndəriş üçün danışıqlar davam edir.
