2023-cü ildə internetə ən çox çıxışı bağlanan ölkələr arasında lider Hindistan olub.
İndex.az xəbər verir ki, "World of Statistics"in araşdırmasına görə, ötən il Hindistanda internetə çıxış ümumilikdə 470 saatdan çox bağlı olub.
Bu reytnqə əsasən ilk onluqda Azərbaycan da var. Nəşr iddia edir ki, 2023-cü il ərzində Azərbaycanda ümumilikdə 30,1 saat internetə çıxış və dünya şəbəkəsi ilə bağlantı mövcud olmayıb.
İndex.az ən çox internetə çıxışın bağlı olduğu ölkələrin reytinqini oxucularına təqdim edir:
1. Hindistan: 470,2
2. Myanma: 444,8
3. Efiopiya: 444,3
4. İran: 442,8
5. Rusiya: 152,9
6. Tanzaniya: 107,5
7. Seneqal: 31.6
8. Azərbaycan: 30.1
