Asiya bazarları ötən həftəki yüksəlişdən sonra yeni həftədə də sabit qalıb.
İndex.az xəbər verir ki, Yaponiyanın "Nikkei 225" birjası 0,42%, "Topix" birjası isə 0,31% ucuzlaşıb.
Honkonqun "Hang Seng" birjası 1%-dən çox yüksələrək, Asiya bazarlarında artım göstərən yeganə birja olub.
Cənubi Koreyanın "Kospi" birjası 0,42%, kiçik ölçülü "Kosdaq" birjası isə 0,32% itirib.
Avstraliyanın "S&P/ASX 200" birjası sabit qalıb.
