Hindistan və Yaponiyadan gələn inflyasiya məlumatları Asiya-Sakit Okean bazarlarını stabil saxlayıb.
İndex.az xəbər verir ki, Asiya-Sakit Okean bazarları ötən gün bahalaşdıqdan bir neçə saat sonra "Wall Street"də səhmlərin bir gecədə ucuzlaşması ilə qazanclarını azaldıb.
Hindistanın topdansatış inflyasiya məlumatları günün sonunda açıqlanacaq.
Yaponiya Bankının məlumatları, korporativ inflyasiyanın aprel ayında ötən ilin aprel ayı ilə müqayisədə sabit olduğunu göstərdi.
Lakin idxal qiymətləri keçən ay kəskin enişlər səbəbindən 6,4% artıb.
Honkonqun "Hang Seng" birjası dünən əldə etditi 0,6%-lik qazancla müqayisədə bu gün sabit olub.
Çinin "CSI 300" birjası isə 0,14% ucuzlaşıb.
Yaponiyanın "Nikkei 225" birjası və "Topix" birjası da sabit qalıb.
Cənubi Koreyanın "Kospi" birjası 0,1%, kiçik "Kosdaq" birjası isə 0,9% dəyər qazanıb.
Avstraliyanın "S&P/ASX 200" birjası isə 0,4% ucuzlaşıb.
