Bu ilin yanvar ayında Azərbaycanda 117,6 min dekalitr araq istehsal edilib.
Bu barədə İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 38 % çoxdur.
Ötən ay viski, brendi istehsalı isə ötən ilin yanvar ayı ilə müqayisədə 2,9 dəfə artaraq 67 min dekalitr təşkil edib.
Ötən ay Azərbaycanda pivə istehsalı da 2023-cü ilin yanvar ayına nisbətən 28,9 % artaraq 277,2 min dekalitr təşkil edir.
İlin ilk ayında ölkədə üzüm şərabının istehsalı isə 27,3% azalıb. Ötən ay ölkədə 50,8 min dekalitr üzüm şərabı istehsal edilib.
