"Avropa Avtomobil İstehsalçıları Assosiasiyası" (ACEA) mart ayı üçün Avropa İttifaqı (Aİ) ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Aİ-da avtomobil satışları mart ayında 28,8% artaraq 1 milyon 87 min 939-a çatıb.

İstehsalçıların məlumatına görə, keçən ay Aİ-da ən çox yeni avtomobil satışını 275,757 ədədlə "VW Group" həyata keçirib.

İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrünə görə 17,9% artaraq 2 milyon 650 min 711-ə çatıb.

Mart ayında Aİ ölkələrində satılan yeni avtomobillərin 37,5% benzin, 24,3% hibrid, 14,5% dizel, 13,9% tam elektrik, 7,2% plug-in hibrid və 7,2% Aİ ölkələrində satılan digər yanacaqlardan ibarət yeni avtomobillər olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə mart ayında Aİ ölkələri arasında avtomobil satışları İspaniyada 66,1%, İtaliyada 40,7%, Fransada 24,2%, Almaniyada isə 16,6% artıb.