"Qalatasaray"ın "Antalyaspor"a səfərdə 3-0 qalib gəldiyi matçda Osimhenin 2,32 metr hündürlükdən atdığı rövaşata qolu diqqət çəkib.

İndex.az xəbər verir ki, "Qalatasaray"ın 25 yaşlı hücumçusu qol atarkən 2,32 metr hündürlüyə qalxıb və bu da Kristiano Ronaldonun 2,38 metrdən vurduğu qola çox yaxınlaşıb.

Belə ki, Osimhenin rövaşata qolu Kristiano Ronaldonun 2,38 metr hündürlükdən vurduğu rövaşatanı tarixdə 2,30 metrlik həddini keçən ikinci qol oldu.

Qeyd edək ki, Osimhenin rövaşatası dünyada ilin ən gözəl qolları arasında olması gözlənilir.

[embed]https://www.youtube.com/watch?v=g5IBeqqHy4s[/embed]