Yarımmüdafiə mövqeyində oynayan ingilis futbolçu Jonjo Shelveyin Arda Turan haqqında açıqlamaları gündəm yaradıb.

İndex.az xəbər verir ki, Jonjo Ardanın davamlı siqaret çəkdiyini və içki içdiyini deyib.

"Arda Turan dəli idi. Tam mənası ilə manyak bir insan idi. Onun ofisinə girərdim və o, "Con, mən səni sevirəm, səni sevirəm" deyərdi. Viskiniz varmı? deyə soruşardı. Çünki o, viski ilə yaşayırdı. Masanın üstündə ayaqlar... məşqdən sonra siqar və viski. Onun etdikləri dəlilik idi. Mən İngiltərədə belə bir şey görməmişdim", - Jonjo deyib.