Uzun illər internetdə Orkun Işıtmak əyləncəli videoları və 11,4 milyon abunəçisi ilə Türkiyənin ən məşhur "YouTuber"lərindən biri olub.

İndex.az xəbər verir ki, bu gün Işıtmak abunəçiləri arasında böyük həyəcan yaradan paylaşım edib.

Işıtmak rəsmi hesablarından verdiyi açıqlamada, 337 milyon abunəçisi ilə dünyanın ən böyük "YouTuber"i "MrBeast"in tezliklə yayımlayacağı videoda yer alacağını açıqlayıb.

"İnstag0ram"da paylaşılan bu qısa 11 saniyəlik videoda məşhur türk youtuber "MrBeast"i yalan detektoru testindən keçirdiyi görülüb. Işıtmak həmçinin "MrBeast"in "Prime Video"da yayımlanacaq "Beast Games" adlı yarışması ilə bağlı tədbirə qatılıb.