"Oracle" proqram təminatı şirkətinin qurucusu Larri Ellisonun sərvəti gözlənilmədən sürətlə artıb.
İndex.az xəbər verir ki, süni intellektdəki inkişafları ilə bu il "Oracle" səhmlərinin 42% artması "Oracle"in qurucusu Larri Ellisonun sərvətini kəskin artırıb.
Belə ki, 78 yaşlı Ellisonun sərvəti 129,9 milyard dolları ötərək "Microsoft"un qurucusu Bil Qeytsi geridə qoyub.
Bu sərvət Larri Ellisonu dünyanın 4-cü ən zəngin adamı edir.
Ellisonun sərvəti bu il təxminən 38 milyard dollar, Bil Qeytsin sərvəti isə eyni dövrdə 19,9 milyard dollar artıb.
