"OpenAI"nin baş direktoru Sam Altman ABŞ Senatının süni intellektlə bağlı qərarını dəstəkləyib.

İndex.az xəbər verir ki, "ChatGPT"nin yaradıcısı olan "OpenAI"nin baş direktoru Sem Altman bildirib ki, ABŞ Senatının süni intellekti tənzimləmə prosesini dəstəkləyir və nəzarət edilmədiyi təqdirdə süni intellekt texnologiyasının qarşıdan gələn seçkilərə təsir edəcəyi ilə bağlı əsaslı narahatlığı var.

Sem Altman gələn il ABŞ-da keçiriləcək seçkilər ərəfəsində onun interaktiv dezinformasiya təmin etmək potensialı əsas gətirərək, ABŞ qanunvericilərini sürətlə inkişaf edən süni intellekt texnologiyasını tənzimləməyə çağırıb.

Qeyd edək ki, Altman ABŞ Senatının məxfilik, texnologiya və hüquq alt komitəsi qarşısında çərşənbə axşamı keçirilən dinləmələrdə çıxış edib.

Senatorlar həmçinin Altmana süni intellektin qarşıdan gələn seçkilərlə bağlı ictimai rəyi proqnozlaşdırmaq və təsir etmək qabiliyyəti ilə bağlı sual veriblər.