"ChatGPT"nin qurucusu "OpenAI"nin dəyərini 100 milyard dollardan çox artıracaq yeni bir maliyyə dəstəyi üçün danışıqlar apardığı bildirilir.
İndex.az xəbər verir ki, yeni maliyyələşdirmə mərhələsi "Microsoft"un 10 milyard dollarlıq yatırımından sonra şirkətə ən böyük xarici kapital qoyuluşu olacaq.
Qeyd edək ki, keçən ilin sonunda "OpenAI"nin dəyəri 86 milyard dollar olub.
Yayılan məlumatda Nyu-Yorkda yerləşən "Thrive Capital" şirkətinin "OpenAI" və onun Baş İcraçı Direktoru (CEO) Sam Altman ilə sıx əlaqədə olduğu və şirkətin keçən ildən bəri "OpenAI"a bir neçə yüz milyon dollar sərmayə qoyduğu bildirilib.
