"OpenAI" qlobal genişlənmə planlarını həyata keçirir.
İndex.az xəbər verir ki, "OpenAI" qlobal genişlənmə planlarının bir hissəsi olaraq Nyu-York, Sittel, Paris, Brüssel və Sinqapurda yeni ofislər açır.
Şirkətin San-Fransisko, London, Dublin və Tokio şəhərlərində ofisləri mövcuddur.
Sinqapurlular qlobal miqyasda "ChatGPT"nin adambaşına düşən ən yüksək istifadəçiləri arasındadır.
Buna görə də, "OpenAI", Cənub-Şərqi Asiyada süni intellekt texnologiyasına çıxışı genişləndirmək üçün Sinqapur ilə əməkdaşlıq edir.
