Süni intellekt sahəsində ən böyük şirkətlərdən biri olan "OpenAI", həmtəsisçisi İlon Maskı məhkəməyə verib.

İndex.az xəbər verir ki, şirkət Maskın "qanunsuz və ədalətsiz" hərəkətlərinə son qoyulmasını tələb edir.

Məhkəməyə təqdim edilən sənədlərdə Maskın "OpenAI"yə zərər verdiyi və bu ziyana görə məsuliyyət daşımalı olduğu bildirilir.

Mask və "OpenAI"nin baş direktoru Sam Altman şirkəti 2015-ci ildə qurublar. Bununla belə, "OpenAI" indiki gücünə çatmamış Mask layihəni tərk edib. 2023-cü ildə özünün süni intellekt şirkəti xAI-ni quran Mask, "OpenAI"nin kommersiya strukturuna keçməsinə qarşıdır.

Bu transformasiya 2025-ci ilə qədər tamamlanmalıdır. Əks halda, şirkət 40 milyard dollarlıq investisiya turunda ciddi itkilərlə üzləşə bilər.