"Open AI"nin fransız rəqibi, süni intellekt şirkəti "Mistral AI"yə investisiya qoyulub.
İndex.az xəbər verir ki, "Mistral AI"yə təxminən 600 milyon avro yatırım edilib.
"Mistral Aİ" şirkəti "Meta", "Google" və "DeepMind" əməkdaşlarının birgə təsis etdiyi "OpenAI"nin "GPT-4o", "Anthropic"in "Claude 3" və "Meta"nın "Llama 3" kimi günümüzün ən yaxşı performans göstərən modellərinə rəqib olmaq üçün əsas modellər üzərində işləyir.
