Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu yüksəldib.
İndex.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə 2 milyon 320 min barrel artaraq gündəlik təxminən 101 milyon 870 min barelə çatacağı gözlənilir.
"Covid-19" məhdudiyyətlərinin qaldırıldığı Çində gözlənilən iqtisadi canlanmanın bu artımda təsirli olacağı düşünülür.
Müvafiq olaraq, qlobal neft tələbinin ilin birinci rübündə əvvəlki ilə nisbətən gündəlik 1 milyon 900 min barel artacağı, sonrakı rüblərdə isə artmaqda davam edəcəyi təxmin edilir.
