OPEC-in gözlənilməz qərarından sonra qızıl yeni həftəyə ucuzlaşaraq başladı.
İndex.az xəbər verir ki, OPEC-in təəccüblü şəkildə neft hasilatını azaldılmasından sonra qlobal bazarlarda volatilliyin artması ilə dolların möhkəmlənməsi qızılı ardıcıl ikinci gün də ucuzlaşdırıb.
Hazırda qızılın qiyməti həftənin ilk hərraclarında 1,950 dollar civarındadır.
Dollar G-10 valyutaları qarşısında bahalaşsa da, OPEC-in qərarı istiqraz gəlirlərinin də yüksəlməsinə səbəb olub.
İnvestorlar FED-in aqressiv monetar sərtləşdirmə siyasətini yumşaldacağını gözləsə də, neft hasilatının azaldılmasının inflyasiya proqnozuna təsir edəcəyi gözlənilir.
Bu isə qızılın daha da ucuzlaşmasına zəmin yaranacağını göstərir.
