"Neft İxrac Edən Ölkələr Təşkilatı"nın (OPEC) xam neft hasilatı sentyabrda ötən ayla müqayisədə gündəlik 273 min barel artaraq 27,75 milyon barelə çatıb.
İndex.az xəbər veirir ki, OPEC-in aylıq neft bazarı hesabatına əsasən, hasilatda ən yüksək artım Nigeriya, Səudiyyə Ərəbistanı və Küveytdə, azalma isə Venesuela və Ekvatorial Qvineyada qeydə alınıb.
Gündəlik neft hasilatı Nigeriyada 141 min barel, Səudiyyə Ərəbistanında 82 min barel, Küveytdə 25 min barrel artarkən, Venesuelada 25 min barel, Ekvatorial Qvineyada isə 14 min barel azalıb.
Sentyabrda OPEC-in xam neft hasilatının qlobal istehsalda payı 27,6 %-ə yüksəlib.
