Bu ilin sentyabr ayında Azərbaycana ən çox idxal edilən mobil cihaz markaları açıqlanıb.

İndex.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “AzInTelecom” MMC-dən məlumat verilib.

Bildirilib ki, ay ərzində fərdi istifadə üçün ölkəyə ən çox gətirilmiş və “AzInTelecom” MMC-nin Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən qeydiyyata alınmış mobil cihazlar aşağıdakı markalara aid olub:

1. “Apple”

2. “Samsung”

3. “Xiaomi”

4. “Huawei”

5. “Oppo”

6. “Tecno Telecom”

7. “Infinix Technology”

8. “Shangai Hezhou Cominication”

9. “Quectel Wireless Soliton”

10. “SimCom”

Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində ölkəyə 251 milyon 717 min dollar dəyərində 904 min 782 ədəd smartfon idxal edilib.