Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 5 225 ədəd minik avtomobili istehsal edilib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 088 ədəd və ya 66,6 % çoxdur. Nəticədə, bu il dekabrın 1-nə ölkədə 207 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 11 ayında Azərbaycanda 725,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin 11 ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,6 % artıb, maşın və avadanlıqların istehsalı 46,1 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 5298 % azalıb.

Bu ilin yanvar-noyabr aylarında ölkədə 576 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 0,5 % az yük avtomobili istehsal olunub. Bu il dekabrın 1-nə ölkədə 23 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən 11 ay ərzində Azərbaycanda 535 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 13,6 % azdır. Nəticədə, bu il dekabrın 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.