Bu ilin yanvar ayında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edib.
İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 26,9 % az icra edilib.
Bundan başqa, ay ərzində büdcəyə sair daxilolmalar isə 31 milyon manat olub ki, bu da proqnozdan 11,2 % çoxdur.
