Bu ilin yanvar ayında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 1 milyard 70 milyon manat təşkil edib.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 12 milyard 835 milyon manat vəsait köçürməlidir. Beləliklə, 1 aylıq ödəniş tam icra edilib.