Nyu-Yorkda istehsal fəaliyyəti təəccüblü dərəcədə yaxşılaşıb.

İndex.az xəbər verir ki, yeni sifarişlər və daşınmalar artdığına görə, istehsal sektorunu yüksəlməsi ilə Nyu-Yorkda FED-in "istehsal" indeksi aprel ayında 35 bənddən çox artaraq 10,8-ə çatıb.

Bu, iyul ayından bəri qeydə alınan ən yüksək səviyyədir.

"Bloomberg"in sorğusuna qatılan iqtisadçıların orta hesablamaları mənfi 18 olmuşdu.

Bu canlanma sektorda daimi zəifləmənin artıq bitdiyinə dair gözləntiləri artırıb.

"Sifarişlər" indeksi 25,1-dən 46,8-ə yüksələrək son bir ilin ən yüksək səviyyəsinə çatıb.

"Göndərmə" indeksi də 37 bənd yüksəlib.

"Məşğulluq" indeksi isə ardıcıl üçüncü ay da azalmağa davam edib.