"BlackRock", "Citadel Securities Nyu-York Fond Birjası" və "Nasdaq"a alternativ olmaq istəyən "Texas Fond Birjası"nı dəstəkləyib.
İndex.az xəbər verir ki, "Texas Fond Birjası" 120 milyon dollar toplayaraq ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına qeydiyyat sənədlərini təqdim etməyi planlaşdırır.
Birjanın baş direktoru Ceyms Li "Wall Street Journal"a verdiyi açıqlamada bildirib ki, "Texas Fond Birjası" NYSE və "Nasdaq"da artan uyğunluq xərclərinin qarşısını almaq istəyən şirkətləri razı salmağa çalışacaq.
