İlon Maskın atası, iş adamı Errol Mask dəfələrlə öz doğma və övladlığa götürülmüş uşaqlarına qarşı seksuallaşdırılmış zorakılıqda ittiham edilib.

İndex.az xəbər verir ki, bu barədə “The New York Times” polis sənədlərinə, məhkəmə protokollarına və digər mənbələrə istinad edərək yazır.

Errol Mask üç dəfə evlənib, onun doqquz doğma və övladlığa götürülmüş uşağı var. Biznesmen ilk dəfə 1983-cü ildə seksuallaşdırılmış zorakılıqda ittiham edilib, bu zaman onun dörd yaşlı qızlığı Errrolun öz iki doğma qızına və oğulluğuna sataşdığını bildirmişdi. Sonradan o, 20 yaşı olarkən atalığından uşaq doğduğunu da bildirib.

Sonuncu ittiham 2023-cü ilə aiddir. Belə ki, Maskın beş yaşlı oğlu qohumlarına və sosial işçilərə atasının onun arxadan yanına toxunduğunu demişdi. NYT-nin məlumatlarına görə, polis biznesmenə qarşı üç dəfə araşdırma başladıb. İki iş bağlanıb, üçüncünün nəticələri məlum deyil.

Qeyd olunur ki, Mask ailəsinin bəzi üzvləri Erol Maskın böyük oğlu İlona kömək üçün müraciət ediblər. Milyarder guya qardaş və bacılarına, onların atalarından mümkün qədər uzaq olmalarını təmin etmək üçün maliyyə yardımı edib.

Qəzetin məlumatlarına görə, məhz bu ittihamlara görə İlon Mask atası ilə ünsiyyət saxlamır. 2017-ci ildə “Rolling Stone” üçün müsahibəsində milyarder bəyan etmişdi ki, Errol "təsəvvür edilə biləcək demək olar ki, bütün pislikləri törədib".