Süni intellekt trendi ilə dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilən "Nvidia"ya qarşı ABŞ Ədliyyə Nazirliyi tərəfindən araşdırma başladılıb.

İndex.az xəbər verir ki, şirkətin rəqabətə zidd hərəkət edib-etmədiyi araşdırılacaq.

"Nvidia" hazırda AI çip bazarının təxminən 80%-nə hakimdir.

Məlumatlara görə, araşdırma zamanı "Nvidia"nın çip satışında bazar üstünlüklərindən sui-istifadə edib-etmədiyin araşdırılacaq.