Cari ilin ikinci rübündə "Nvidia"nın gəliri bazar gözləntilərini aşaraq 122% artıb və 30 milyard dollarla rekord səviyyəyə çatıb.

İndex.az xəbər verir ki, bununla da, şirkətin mənfəəti 168% artıb.

Gəlirini birinci rübə nəzərən 15% artıran "Nvidia", keçən ilin eyni rübündə 13,5 milyard dollar gəlir əldə etmişdi.

Bazar gözləntisi "Nvidia"nın bu dövrdəki gəlirinin 28,7 milyard dollar olacağı idi.

Çip istehsalçısı cari rüb üçün gəlir gözləntisini 32,5 milyard dollar olaraq açıqlayıb.