"Nvidia"nın bazar dəyəri artmaqda davam edir.

İndex.az xəbər verir ki, Kaliforniyada yerləşən çip istehsalçısı "Nvidia"nın bazar dəyəri 3 trilyon dolları keçib.

Belə ki, "Nvidia"nın səhmləri 5 iyun 2024-cü il tarixinə 4%-dən çox artaraq 1,219 dollara çatıb.

Beləliklə, "Nvidia" 3 trilyon dollar dəyərə çatan 3-cü şirkət olub.