ABŞ-ın texnologiya şirkəti "Nvidia" oyun dünyasının gedişatını dəyişdirəcək yeni süni intellekt texnologiyası hazırlayıb.
İndex.az xəbər verir ki, video oyunlarına süni intellekt dəstəyi gətirən şirkət yeni texnologiyası "Nvidia Ace" ilə oyun zamanı mətnləri səsə, səsləri jest və jestlərə çevirməyi bacarıb.
Beləliklə, oyundakı personajlar əsl insan hissi verəcəkdir.
NPC-lər (video oyununda oyunçu tərəfindən idarə oluna bilməyən xarakter) "Nvidia Ace" texnologiyası sayəsində oyunçularla real vaxt rejimində və heç bir məhdudiyyət olmadan danışa biləcək.
