Dünyanın ən böyük çip şirkəti "Nvidia"a Çinə çip satışını dayandıra bilər.

İndex.az xəbər verir ki, "Wall Street Journal"ın yaydığı məlumata görə, ABŞ-ın çip satışı ilə bağlı Çinə qrşı qoyduğu məhdudiyyətlər "Nvidia"nın Çinə çip satışını təxirə salması ilə nəticələnə bilər.

Belə ki, "Nvidia"nın 2024-cü il üçün Çinin böyük şirkətlərindən aldığı sifarişlərin məbləği 5 milyard dolları ötüb.

Yeni qaydaların qüvvəyə minməsi noyabrın ortalarına planlaşdırıldığından şirkət bu il üçün Çinə qabaqcıl süni intellekt çiplərinin sifarişlərini noyabrın ortalarına kimi yekunlaşdırmağı düşünürdü.

Bunun üzərinə ABŞ hökuməti keçən həftə "Nvidia"ya göndərdiyi məktubda Çin də daxil olmaqla ölkələrə yüksək səviyyəli çip satışına qoyulan yeni ixrac məhdudiyyətlərinin dərhal qüvvəyə minəcəyini açıqladı.