Qazaxıstanın "Qazaq Air" aviaşirkəti Nur Sultan-Aktobe-Bakı istiqamətində aviareyslərə başlayır.

İndex.az xəbər verir ki, aviareyslər iyulun 7-dən etibarən həyata keçiriləcək.

Məlumata görə, aviareyslər həftədə iki dəfə, cümə axşamı və bazar günü yerinə yetiriləcək.

Biletlərin qiyməti 74 658 qazax tənqəsi (160 ABŞ dolları) təşkil edir.