Norveçin ölkə əhalisinə etdiyi yeni güzəştli təkliflər ölkədə elektriklə işləyən avtomobilə sahib olmağı asanlaşdırıb.

İndex.az xəbər verir ki, bu isə əhali üçün elektromobil sürməyi ictimai nəqliyyatdan istifadə etməkdən daha sərfəli hala gətirib.

Belə hal isə ictimai nəqliyyat sistemində sərnişin qıtlığı yaradır.

Beləliklə, elektriklə işləyən avtomobillər üçün edilən güzəştlər Norveç vətəndaşları üçün bu nəqliyyat vasitələrini daha cəlbedici etsə də, ictimai nəqliyyatı ayaqda saxlayan maliyyə resurslarını azaldıb.