"Nissan" 2022-ci il üzrə büdcə hesabatlarını və 2023-cü il üzrə maliyyə gözləntilərini açıqlayıb.

İndex.az xəbər verir ki, "Nissan"ın 2022-ci maliyyə ilinə olan xalis mənfəəti 2021-ci maliyyə ili ilə müqayisədə 3% artaraq 221,9 milyard yen (1,65 milyard dollar) təşkil edib.

Artımın aşağı tempinə xammal xərclərinin artması və Yapon yeninin (Yaponiyanın pul vahidi) xarici valyuta qarşısında dəyərdən düşməsi təsir edib.

Maliyyə ilində əməliyyat mənfəəti 52,5% artaraq 2,8 milyard dollara, satış gəlirləri isə 25,8% artaraq 10,6 78,7 milyard dollara çatıb.