"Nissan" 2030-cu ilə qədər Avropada satılan bütün yeni model avtomobilləri tamamilə elektriklə təchiz edəcək.
İndex.az xəbər verir ki, "Nissan"ın baş direktoru Uçida Makoto açıqlamasında bildrib ki, 2030-cu ilə qədər Avropa qitəsində satışa çıxarılan bütün yeni model avtomobillər tam elektriklə təchiz olunacaq.
"Nissan" daha əvvəl 2030-cu ilə qədər qlobal məhsul çeşidini 19-u tam elektrik olmaqla 27 yeni elektrik modeli ilə genişləndirməyi hədəflədiyini açıqlamışdı.
