Niderlandın Təl-Əvivdəki səfirliyinin binası İranın raket zərbəsi nəticəsində zədələnib.

İndex.az İsrailin 12-ci kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, dəymiş ziyan cüzidir, zərbə nəticəsində diplomatik nümayəndəliyin pəncərəsi sınıb. Ölən və yaralanan yoxdur.