Ermənistan Baş naziri Nikol Paşinyan Macarıstanın Avropa Sülh Fondundan Yerevana 20 milyon avro ayrılması barədə vetosunu ləğv etməsi haqqında məlumatı təsdiqləyib.
İndex.az bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir.
"Ermənistan xarici işlər naziri mənə bildirdi ki, macar həmkarları qərarla razılaşıb və konsensus var. De-yure qərar qəbul edilib və dərc olunacaq. Hələ məzmun barədə heçnə deyə bilmərəm, lakin hər halda bu, sülh məntiqinə uyğun olaraq töhfə verəcək və xərclənəcək", - deyə N.Paşinyan jurnalistlərə deyib.
Xatırladaq ki, 2024-cü ilin iyul ayında Ermənistan Avropa Sülh Fondundan səhra modul düşərgəsinin yaradılması üçün 10 milyon avro məbləğində birdəfəlik qrant alıb. 2025-ci ilin martında İrəvan Avropa Sülh Fondundan dəstək almaq üçün ikinci ərizə göndərib. Daha sonra Macarıstan Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro verilməsi barədə qərarı bloklayıb.
