Niderland hökuməti Niderlandın çip istehsalı texnologiyaları firması "ASML Holding NV"nin Çində yarımkeçirici avadanlıqları təmir etmək imkanlarını məhdudlaşdıra bilər.

İndex.az xəbər verir ki, Niderlandın baş naziri Dik Şofun hökuməti, Çində bu ilin sonunda başa çatacaq müəyyən ASML lisenziyalarını yeniləməyəcək.

Qeyd edək ki, bu lisenziyalar sayəsində şirkət Çində  xidmət və ehtiyat hissələri təmin edirdi.

Bəzi mənbələr bu qərarın şirkətin yüksək səviyyəli dərin ultrabənövşəyi litoqrafiya və ya DUV maşınlarına şamil ediləcəyini gözləyir.