Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti sabit qalıb.

İndex.az xəbər verir ki, Azərbaycan neftinin bir bareli ötən günlə eyni qiymətə - 78,43 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.