ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, beft maqnatları Donald Trampın seçki kampaniyasının əsas donorlarına çevrilir.
Index.az Bloomberg-ə istinadən xəbər verir ki, neft sektoru pul həcmlərinə görə respublikaçını dəstəkləyən 4-cü ən böyük sahədir. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildəki seçki kampaniyasında bu sektor 10-cu yerdə idi.
Bəzi iri neft şirkətlərinin rəhbərləri ötən illərdə də Tramopı dəstəkləyib. Məsələn, "Energy Transfer LP" şirkətinin baş direktoru Kelsi Uorren ("Forbes" reytinqinə əsasən, 6.7 milyard dollar sərvəti var), "Continental Resources Inc." şirkətinin rəhbəri Harold Hemm (18.5 milyard dollar) və "Hilcorp Energy Co."-nun baş icraçı direktoru ceff Hildebrand (7.6 milyard dollar) Trampı yenidən dəstəkləyir.
Bildirilir ki, hazırkı seçkilərdə Uorren və onun həyat yoldaşı Trampın seçkiqabağı kampaniyasına 5.8 milyon dollar ianə edib. Hildebrand ailəsi 1.4 milyon dollar, Hemm isə 1.7 milyon dollarlıq yardım edib. Bununla yanaşı, "Continental Resources" şirkəti əlavə olaraq kampaniya üçün 1 milyon dollar köçürüb.
Bəs neft şirkətlərinin rəhbərləri Tramp üçün səxavət kisəsinin ağzını niyə açıb? Belə ki, siyasətçinin əsas vədlərindən biri budur ki, prezident seçildiyi halda, neft hasilatı üçün icazələrin verilməsi prosedurunu sadələşdirəcək. Qeyd edək ki, hazırkı prezident Co Baydenin administrasiyası yeni lisenziyaların verilməsini dayandırıb.
