Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 97 milyon 700 min 590 ABŞ dolları təşkil edib.

İndex.az bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-sentyabr ayıları ilə müqayisədə xarici ticarət dövriyyəsi 14,8 %, o cümlədən ixrac 34,7 %, idxal 12,4 % azalıb.

Məlumata görə, ticarət dövriyyəsinin 7 milyon 962 min 970 ABŞ dollarını və ya 8,2 %-ini ixrac olunmuş məhsulların, 89 milyon 737 min 620 ABŞ dollarını və ya 91,8 %-ini isə idxal məhsullarının dəyəri olub.